
Müsabiqə yolu ilə prokurorluq orqanların qəbul olunmuş şəxslərin sayı prokurorluğun kadr korpusunun 89.1 %-ni təşkil edir.
Gununsesi.info xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev yanvarın 15-də prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində çıxışında bildirib.
K.Əliyev qeyd edib ki, son 21 ildə prokurorluğa 1203 nəfər işə qəbul edilib:
“Onların 1097-si kişi, 106-sı isə qadındır. Hazırda onlardan 1009 nəfəri prokurorluq orqanlarında əmək fəaliyyətini davam etdirir. Müsabiqə yolu ilə prokurorluq orqanlarına qəbul olunmuş şəxslər prokurorluğun kadr korpusunun 89.1 %-ni təşkil edir”.
Gununsesi.info