Primakov İsraildə də anıldı

Primakov İsraildə də anıldı

Noyabrın 6-da Təl-Əvivdə SSRİ Mərkəzi Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, Kremlin İsrailə sərt münasibətinin ideoloqu və Fələstin lideri Mahmud Abbasın “Sionizm və nasizm arasındakı bağlantılar” mövzusundakı dissertasiyasının rəhbəri Yevgeni Primakovun 90 illik yubileyi münasibətilə konfrans keçirilib.
Gununsesi.org bu haqda İsrail mediasına istinadla xəbər verir.
“Rusiya Federasiyasının İsraildəki səfiri Anatoli Viktorov,  Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Sergey Ryabkov, İsrail Knessetinin və Xarici İşlər Nazirliyinin nümayəndələri, eləcə də elm adamları Yevgeni Primakovun 90 illik yubileyinə həsr olunmuş elmi konfransda  iştirak ediblər”- Rusiya XİN-in “Rusiya İsraildə” adlı “Tvitter” hesabında belə deyilir.
“Bəlkə kimsə nə vaxtsa  Yevgeni Primakovun bəzi görkəmli uğurlarından danışacaq. Bilirəm, məsələn, olduqca qalmaqallı olan bir müvəffəqiyyət: “Mahmud Abbasın dissertasiyasının müdafiəsi, elmi rəhbəri Yevvgeni Primakov, mövzusu: “Sionizm və nazizm arasındakı əlaqə” və “xidməti istifadə üçün” qrifi…
Bu dissertasiya bütövlükdə Sovet-Rus variantında hələ məlum olmasa da,  cənab Mahmud Abbasın həmin mövzuda kitabı məlumdur.  Orada Holokost, qurbanların sayı və sairə rədd edilir”- “Azadlıq” radiosunda Primakovla bağlı “Putinə Primakov kultu nəyə görə lazımdır?” mövzusunda müzakirələrdə iştirak edən tarixçi və politoloq Mixail Sokolov belə söyləyib.
Xəbərdə vurğulanır ki, Yevgeni Primakov ərəb şahzadə və  krallarıyla şəxsən tanış olub və  bir neçə dəfə Yasir Arafat, Nasir, Əsədlə görüşüb… İraqda qanlı müharibənin başlamasından bir müddət əvvəl Primakov Səddam Hüseynin yanına xüsusi bir missiya ilə gəlib…
Və həminərəb liderlərinin hamısı yəhudi dövlətinin dərhal və ya mərhələli şəkildə məhv edilməsinin tərəfdarı olublar…
Xatırladılır ki, Rusiya Prezidenti Vladimir Putin 29 oktyabrda Moskvada Yevgeni Primakovun abidəsinin açılışında iştirak edib.
Gununsesi.org

COMMENTS