
Prezident İlham Əliyev M.A.Abbasbəylinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Gununsesi.info-nun xəbərinə görə, Sərəncama əsaəsn, Məmməd Aslan oğlu Abbasbəyli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minib.
Gununsesi.info