Prezident Eldar Quliyevlə bağlı sərəncam imzaladı

Eldar Allahyar oğlu Quliyev “Şərəf” ordeni ilə təltif edilib.

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

E. Quliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, Eldar Quliyev Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədridir.