
ABŞ Konqresi Azərbaycana qarşı yeni düzəliş qəbul edə bilər.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ermənipərəst konqresmen Frenk Pallone 2022-ci il maliyyə ili üçün xarici ölkələrə ayrılacaq yardımla bağlı HR4373 qanununa düzəlişlər təklif edir.
Azərbaycana qarşı yönəlmiş düzəliş ölkəmizə hərbi yardımın azaldılmasını, Ermənistan isə yardımın 3 milyon dollar artırılmasını nəzərdə tutur.
Nümayəndələr Palatasında düzəlişlə bağlı səsvermənin iyulun 28-də keçirilməsi ehtimal olunur.