
Ermənistanda bir qrup hərbçi həbs olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, müdafiə postunun komandiri, böyük və iki gözətçi döyüş və döyüş növbətçiliyi qaydalarını pozub.
Bu, noyabrın 16-da baş verən döyüşlər zamanı qeydə alınıb. İstintaq Komitəsinin məlumatında qeyd olunur ki, həmin gün sözügedən hərbçilər müdafiə postunu tərk edərək qaçıblar.
Gununsesi.info