
Yeni prezident seçilmiş Co Bayden vəzifəsinin icrasına yanvarın 20-də başlayacaq. Xəbər verilir ki, səfərin ləğv edilməsi yanvarın 6-da Konqres binasında baş vermis zorakılıqlara görə Trampın vəzifədən uzaqlaşdırılması cəhdlərindən sonra baş verir. Demokrat millət vəkillərinin təşəbbüsü ilə irəli sürülmüş bu məsələyə dair qətnaməyə səsvermə Nümayəndələr Palatasında yanvarın 12-də keçirilməliydi.
Pompeo Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq və Belçika liderləri ilə görüşməli, daha sonra Lüksemburqa qısa səfər etməliydi.
Bir Lüksemburq rəsmisi adının çəkilməməsi şərtilə AFP agentliyinə deyib ki, Pompeonun səfəri Lüksemburqun xarici işlər naziri Jan Asselborn Tramp barəsində “kriminal” və “siyasi piromanyak” (bilərəkdən yanğın törətməklə müşayiət olunan psixi pozğunluq – red) sözlərini işlədəndən sonra təxirə salınıb.
Pompeonun özü 3 noyabr seçkisində Trampın məğlubiyyətinə baxmayaraq prezidentin ikinci müddətə hakimiyyətdə qalacağını söylədiyinə görə tənqid olunur. Pompeo Konqresdə baş verən zorakılığı pisləsə də, Trampı dəstəkləməkdə davam edir.
Gununsesi.info