Polşa sentyabrın 12-nə keçən gecə Belarusla sərhəddəki bütün sərhəd-keçid məntəqələrini bağlayıb. Sərhədçilər keçid məntəqələrinin önünə tikanlı məftillər çəkib və metal hasarlar quraşdırıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə Belarusun Belta dövlət agentliyi məlumat yayıb.
Əvvəlcə sərhəddə iki keçid məntəqəsi fəaliyyət göstərirdi: Brest (sərnişin daşımaları üçün) və Kozloviçi (yük daşımaları üçün). Sərhədin bağlanması Rusiya-Belarus “Zapad-2025” hərbi təlimləri fonunda sentyabrın 12-dən 16-dək planlaşdırılıb.
Polşa Daxili İşlər Nazirliyi sərhədin yalnız zəruri müddətə bağlı qalacağını bildirib.
Qeyd olunur ki, sentyabrın 9-da sərhədin bağlanması elan olunub və ertəsi gün 20-yə yaxın Rusiya pilotsuz təyyarəsi Polşaya daxil olub.
Günay













