Polislərdən müharibəyə getmək istəyən varmı? - EHSAN ZAHİDOV AÇIQLAYIR

  • By admin
  • 01 Oktyabr 2020 11:27

 

Azərbaycanla Ermənistan arasında başlanan ikinci Qarabağ müharibəsi ən gərgin günlərinə qədəm qoyub.

Ölkənin bütün siyasi qüvvələrinin milli maraqlar naminə dövlətin, ordunun yanında dayanması Azərbaycan xalqının Qarabağ həsrətini hər keçən gün bir az da azaldır.

Ermənilərlə döyüşdə şəhid və yaralılarımız olsa da ordumuzun qalibiyyət xəbərləri hər bir azərbaycanlını ruhlandırır.

Təsadüfü deyil ki, cəmiyyətin müxtəlif təbəqələrindən olan vətəndaşlar müharibəyə getmək üçün müraciət edir.

Bu arada sosial şəbəkələrdə bəzi istifadəçilər Azərbaycan polisinin də bu döyüşlərə qoşulmalı olmasına dair çağırışlar da gözə dəyir.

Qeyd edək ki, Azərbaycan Polisi Birinci Qarabağ döyüşlərində ölkəmizin ərazi bütövlüyü uğrunda ön sıralarda dayanıb. 500-dən çox polis əməkdaşımızın şəhid olduğu müharibədə 2000-nə yaxın əməkdaş da yaralanmışdır.

Bəs görəsən, bu dəfə Azərbaycan polisindən döyüşə getmək üçün müraciət edənlər olubmu? 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Gununsesi.info-nun əməkdaşı ilə söhbətində Azərbaycan polisinin xidmətdə olduğunu deyib.

“Bu gün polisin gecə-gündüzü yoxdur və polis də xidmətdədir”.

Nəcəf Cavadsoy

Gununsesi.info