“PeyvəndOlundum” kampaniyasına başlanıldı

  • By admin
  • 10 May 2021 20:32

Bu gündən etibarən Azərbaycanda yaşı 18-dən yuxarı olan vətəndaşların COVID-19 əleyhinə peyvənd olunmasına start verilib.

Gununsesi.info  xəbər verir ki, bununla əlaqədar olaraq Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda peyvəndləmənin dəstəklənməsi layihəsi çərçivəsində  PeyvəndOlundum kampaniyasına başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, istənilən şəxs peyvənd olunduqdan sonra “Facebook” profil fotosu ilə qeyd olunan çərçivəni istifadə etməklə kampaniyaya qoşula bilər:

https://bit.ly/3hdZjSS

Gununsesi.info