
Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 11-də Bakıdakı “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksini ziyarət edib
Gununsesi.info xəbər verir ki, Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova özünün “Facebook” səhifəsində məlumat paylaşıb.
Nazirlik rəsmisi qeyd edib ki, S.Lavrov İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş qəhrəmanların xatirəsi ehtiramla yad edib, kompleksin önünə əklil və gül qoyub.
Gununsesi.info