
Azərbaycanda bu gün 32 276 nəfər vaksinasiya olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 457, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 632 nəfər təşkil edib.
Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 28 187-dir.
Gununsesi.info