Hava şəraiti dəyişəcək, güclü külək əsəcək

  • By admin
  • 28 Yanvar 2022 16:24

Bakıda və Abşeron yarımadasında yanvarın 29-u günün ikinci yarısından 30-u axşamadək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Gununsesi.info xəbər verir ki, bu barədə gözlənilən hava şəraiti haqqında yayılan məlumatda bildirilib.

Qeyd olunub ki, Azərbaycanın rayonlarında yanvarın 29-u günün ikinci yarısından 30-u axşamadək cənub-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.

 

Gununsesi.info