Peskov: "HƏRBİÇİLƏRİMİZ ARASINDA ƏHƏMİYYƏTLİ SAYDA İTGİLƏRİMİZ VAR"

  • By admin
  • 07 Aprel 2022 23:03

“Bəli, hərbçilərimiz arasında əhəmiyyətli sayda itkilərimiz var. Bu, böyük faciədir”.

Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “SkyNews”a müsahibəsində verib.

D. Peskov əlavə edib ki, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının məqsədlərindən biri üçüncü dünya müharibəsi təhlükəsinin, o cümlədən nüvə silahına malik NATO ölkələrinə qarşı təhlükənin qarşısını almaqdır.

Qeyd edək ki, martın 25-də Rusiya Müdafiə Nazirliyi Ukraynadakı müharibədə 1351 hərbçinin öldürüldüyünü açıqlayıb. Ukrayna tərəfi isə Rusiyanın 19 minə yaxın hərbçisinin məhv edildiyini bildirib.

Gununsesi.info