Peskov: Rusiyaya sanksiya tətbiq edərsə...

“İki lider (Vladimir Putinlə Co Bayden – red.) arasındakı mehriban ünsiyyətə baxmayaraq, ABŞ prezidentinin dedikləri son dərəcə ziddiyyətlidir. Baydenin Avropadakı ABŞ qoşunları haqqında söylədikləri aqressiv ritorikadır və onun bu hərəkətləri gərginliyin azalmasına töhfə vermir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov Co Baydenin Rusiyanın Ukraynaya hücumu ilə bağlı bu ölkəyə maliyyə sanksiyaları tətbiq edəcəyi fikrinə münasibət bildirərkən deyib.

Peskov əlavə edib ki, Rusiya Federasiyasına qarşı hər hansı bir məhdudiyyət qoymaqla sanksiya tətbiq edən ölkənin özünün də burada əziyyət çəkməməsi mümkün deyil.

Gununsesi.info