DİN-in rəhbər heyəti Fəxri xiyabanda

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanda əbədiyaşar liderin xatirəsini yad ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Gununsesi.info-ya bildiriblər ki, bu münasibətlə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazirliyin bir qrup rəhbər heyəti Fəxri xiyabana gələrək Ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıb.

Gununsesi.info