La Liqa təmsilçisi “Betis”in yeni baş məşqçisi müəyyənləşib.
Gununsesi.org xəbər verir ki, bu vəzifəyə Manuel Pelleqrini təyin edilib. Çilili mütəxəssislə 2023-cü ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Pelleqrini “Real”, “Mançester Yunayted” kimi klubları çalışdırıb. Onun son iş yeri “Vest Hem” olub.
“Betis” ölkə çempionatında 41 xalla 13-cü pillədə qərarlaşıb.
Gununsesi.org
COMMENTS