
Ermənistan Türkiyə ilə dialoq aparır.
Gununsesi.info xəbər verir ki, bunu şənbə günü ATƏT Parlament Assambleyasının İrəvanda keçirilən payız sessiyasında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Diplomatik münasibətlərin qurulması baxımından heç bir uğur əldə etməsək də, indiyədək heç vaxt belə aktiv dialoqumuz olmayıb.
Bununla belə, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması Cənubi Qafqazda sülhsevər, inkişaf edən mühitin strateji baxışı üçün ən mühüm amildir”, – Paşinyan bildirib.
“Yaxın gələcəkdə üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı xəbərlər eşidə biləcəyik”, – deyə o ümid etdiyini bildirib.
“Bu, çox simvolik bir addım olacaq. Ümid edirik ki, Cənubi Qafqazı dünyaya xoş xəbərlər gətirəcək regiona çevirəcəyik”, – Paşinyan bildirib.
O vurğulayıb ki, Ermənistan və şəxsən o, bu məqsədə nail olmaq üçün lazımi məsuliyyəti daşımağa hazırdır.
Gununsesi.info