
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə Qarabağ erməniləri ilə iş üzrə ayrıca idarə yaratmaqdan imtina edib.
Gununsesi.info xəbər verir ki, bunu özünü buraxmış qondarma rejimin keçmiş “TŞ katibi” və sabiq “müdafiə naziri” olmuş Samvel Babayan jurnalistlərə müsahibəsində deyib.
Babayan bildirib ki, Paşinyanın bu qərarının səbəblərini və niyə imtina etdiyini bilmir, bu barədə ona heç bir izahat verilməyib.
Babayan bildirib ki, o, Paşinyanla şəxsən görüşməyib, təklifi yazılı şəkildə göndərib.
Babayan deyib Paşinyanı 2 ildən artıqdır görmdədiyini deyib.
Xatırladaq ki, Babayan bu gün Ermənistan parlamentinin 44 günlük müharibəni araşdıran komissiyası tərəfindən dindirilib. Komissiyanın səlahiyyət müddəti 3 dekabrda başa çatacaq.
Gununsesi.info