Paşinyan Putinin tədbirini boykot edir

  • By admin
  • 15 Noyabr 2023 18:12

Ermənistanın baş naziri Nikol Paşinyan Minskdə keçiriləcək KTMT sammitinə getməyəcək.

Gununsesi.info bildirir ki, bu barədə

Paşinyanın mətbuat xidmətinin məlumatı açıqlama yayıb.

Məlumata görə, baş nazir bunu Belarus prezidenti Lukaşenko ilə telefon söhbətində bildirib.

 

Paşinyan bir neçə ay əvvəl demişdi ki, Ermənistan 2023-cü ildə KTMT təlimlərinə ev sahibliyi etmək istəmir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı səfirini də geri çağırıb, onun yerinə təyinat etməyib.

Rəsmi Moskva Ermənistanın son qərarlarını “qeyri-dost” hərəkətləri sayır. Rusiyanın Xarici İşlər Nazirliyi ötən həftə Paşinyan administrasiyasını Rusiya-Ermənistan münasibətlərinin sistematik məhvində ittiham edib, Yerevan isə bu iddianı rədd edib.

 

Gununsesi.info