
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı tərk etmiş ermənilərin geri qayıtmasının beynəlxalq platformalarda müzakirə olunduğunu, ancaq bu gün bu qayıdışın real olmadığını deyib. Paşinyanın sözlərinə görə, bu gün bu insanların qayıdışı real olsaydı, onlar Qarabağı tərk etməzdilər.
Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Nikol Paşinyanın Qarabağ ermənilərinin geri qayıdışını istəmədiyi aşkardır. Paşinyan Qarabağ ermənilərinin Ermənistanda yaşamalarını və işləmələrini istəyir.
“Əhalisi azalan Ermənistanın işçi qüvvəyə ehtiyacı var. Lap yaxşı, onsuz da Ermənistan vətəndaşlığından imtina etməyən Qarabağ ermənilərinin Azərbaycanda yaşaması mümkün deyil. Azərbaycan diplomatiyası Nikol Paşinyanın bu açıqlamasını əlində rəhbər tutaraq, ölkəmiz əleyhinə qərarlar qəbul edənlərə Ermənistanın baş nazirinin Qarabağ erməniləriylə bağlı fikirlərini daima xatırlatmalıdır. Bizə deyirlər ki, Qarabağ ermənilərinin geri qayıdışı üçün şərait yaradılmalıdır. Nikol Paşinyan isə deyir ki, Qarabağ ermənilərinə Ermənistanda hər cür şərait yaradılacaq və onların Azərbaycana qayıdışına ehtiyacları yoxdur.
Qarabağ ermənilərinin geri qaydışını gündəmdə saxlamağa çalışan Qərbdəki və Rusiyadakı dairələr Paşinyandan çox erməni olmaq istəyirlər?” – deyə politoloq bildirib.
Gununsesi.info