“Naxçıvan dəhlizinin açılması ucuzlaşmaya səbəb olacaq” – İlham Əliyevdən müjdə

  • By arzu
  • 18 Yanvar 2021 18:23
“Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Ona görə də bu dəhliz mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir”. 
Bu sözləri dövlət başçısı İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat müşavirəsində danışarkən deyib.
Qeyd etmək lazımdır ki, Naxçıvan dəhlizinin açılması həm də bəzi məhsulların ucuzlaşmasında da böyük rolu oynayacaq.

Gununsesi.org