Parlamentin növbədənkənar sessiyası keçiriləcək – Deputatlar müraciət -İMZALADILAR

Milli Məclisin yaz sessiyası bu gün bitir. Artıq parlamentin növbədənkənar sessiyasının keçirilməsi üçün müraciət edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib. Komitə sədri qeyd edib ki, artıq deputatlar müvafiq olaraq, müraciətə imza atıblar:

“İyun ayında Milli Məclis, deputatlar işləyəcək. Növbədənkənar sessiya olacaq. Neçə iclasın  keçiriləcəyi hələlik məlum deyib. 2, 3 ya da 5 iclas ola bilər. Bu, parlamentə daxil olan təcili müzakirəsi tələb edən məsələlərdən asılıdır. İclaslarda gündəmə uyğun vacib məsələləri müzakirə edəcəyik. İclasların həftənin hansı günlərə salınacağı barədə standart yoxdur”.