Ötən günün “yol terroru” – 2 qəza, 2 ölü, 1 yaralı

Ötən günün “yol terroru” – 2 qəza, 2 ölü, 1 yaralı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Gununsesi.org-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 63 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Gununsesi.org

COMMENTS