Ötən gün təhvil alınan silahların sayı

  • By Mina
  • 05 Aprel 2024 10:10

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, aprelin 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tüfəng təhvil götürüblər.

 

Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 patron darağı və 30 patron aşkar edilərək götürülüb.

Gununsesi.info