“Orta məktəb dərslikləri Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi yoxlamasından keçməlidir” - MƏLAHƏT İBRAHİMQIZI

“IV sinif şagirdləri üçün Rus dili dərsliyində Sovet Ordusunun 20 yanvar 1990-ci il tarixində Bakıda törətdiyi hərbi cinayəti və kütləvi qırğını Azərbaycan xalqının xilası kimi verilməsi həqiqətən də, yumşaq desək, xalqımızın təhqir olunması, bu cinayətin qurbanlarına qarşı hörmətsizlik kimi anlamaq olar”
Gununsesi.info bildirir ki, bunu millət vəkili Məlahət İbrahimqızı məlum məsələinin ictimai müzakirəyə çıxarılmasına münasibətində deyib.
Deputat daha sonra əlavə edib:
Birmənalı olaraq, deməliyik ki, bu fikirlərin daşıyıcıları kitab müəllifləridir və onların bu düşüncələrinin arxasında heç də xoş niyyət dayanmır.
Yaxşı, əgər müəlliflər bu düşüncəyə malikdirsə, bəs Təhsil Nazirliyi və onun müvafiq şöbəsi nə işlə məşğuldurlar və nədən görməz olublar. Əgər Təhsil Nazirliyi milli ideologiyamızın təbliğ olunmasında əsas vasitələrdən olan dərslikləri bugünədək ekspertiza etməyibsə onda onların işinin adı nədir. ABŞ kimi bir sıra böyük dövlətlərdə belə məktəb dərslikləri Federal təhlükəsizlik idarələrinin ekspertizasından keçirilir.Nə vaxtadək dərsliklərimizdə erməni izləri tapılacaqdır. Bu izləri cığıra, yola çevirmək istəyənlərə nə vaxtadək ideoloji iş etibar ediləcəkdir. Maraqlı burasıdır ki, neçə ildir tədris edilən kitabdakı bu təxribatı müəllimlər nədən görmək istəməyibdir. Təhsil Nazirliyi bu təxribatla bağlı ictimaiyyətə açıqlama verməlidir. Möhtərəm Prezidentimiz dəfələrlə öz çıxışlarında tariximizin saxtalaşdırılmasının qəbuledilməz olduğunu,orta məktəb dərsliklərinin gerçək tariximizi tam əks etdirmədiyi fikirlərininin qarşılığı olaraq Təhsil Nazirliyi hansı işləri görüb. Hələ də, bu sahədə ciddi təxribatların olmasına baxmayaraq Təhsil Nazirliyi tərəfindən hansı konkret addımların atılması haqqında ictimmaiyyətə məlumat verilmir. Hesab edirəm ki, belə təxribatlar ilk deyil. Bəlkə də kimlərinsə, bu gözəgörünməyən qüvvələrin çirkli niyyətlərini davam etdirməkdə hansısa öhdəlikləri var. Ona görə də, hesab edirəm ki, orta məktəblər üçün hazırlanan bütün orta məktəb dərslikləri Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi yoxlamasından keçməlidir. Necə ki, belə yoxlamalar Sovet dönəmində də fəaliyyət göstərirdi və qeyd etdiyim kimi, bu gün bir çox ölkələrdə də mövcuddur”.

Günay
Gununsesi.info