
Bu dəqiqələrdə, Kiyevə qayıdan Ukraynanın sabiq prezidenti Petr Poroşenkonun məhkəməsi başlanıb.
Gununsesi.info xəbər verir ki, Poroşenko dövlətə xəyanətlə bağlı işinə baxılmalı olan Peçersk Rayon Məhkəməsinə gəlib.
Məhkəmə binasında tərəfdarları qarşısında çıxış edən eks-Prezident məhkəmə iclasının satqınlar tərəfindən təşkil edildiyini deyib.
Poroşenko məhkəməyə həyat yoldaşı ilə gəlib.
Sabiq prezident məhkəmənin ona qanunsuz olaraq dövlət vəkili təyin etməyə çalışmasından narazalıqğını bildirib və bu xidmətdən imtina edib.
Gununsesi.info