Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbul şəhərindəki Amerikan Xəstəxanasına köçürülüb.
Gununsesi.org-un məlumatına görə, bu barədə onun oğlu Təbriz Gülaliyev öz “Facebook” hesabında məlumat verib.
“Az öncə atam Oktay Gülalıyev İstanbulda yerləşən Amerikan Xəstəxanasına köçürüldü. Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər”, – deyə o qeyd edib.
Qeyd edək ki, O.Gülalıyev Türkiyənin “Avrasiya” Klinikasında müalicə olunurdu.
O, oktyabrın 29-da yolu keçən zaman avtomobil tərəfindən vurulub.
Daha sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb.
COMMENTS