
Müharibə xəbərini eşitdikdə onun 44 gün çəkəcəyini düşünmürdüm. Qarşıdurmanın status-kvonu dəyişmədən, bir neçə gün və ya bir neçə həftə davam edəcək bir sərhəd münaqişəsi olacağını düşünürdüm.
Gununsesi.info xəbər verir ki, bu sözləri Axar.az-a türk hərbi ekspert Hakan Kılıç 44 günlük müharibənin ildönümü haqda danışarkən deyib.
Ekspert Azərbaycanın bu qədər irəliləyərək Şuşanı azad edəcəyini gözləmədiyini etiraf edib: “Lakin müharibənin başlamasından bir həftə sonra rəsmi Bakının nə qədər ciddi və iddialı olduğunu gördüm. O zaman sayın İlham Əliyevin sona qədər gedəcəyini və planlaşdırılmış bir müharibə aparacağını anladım. Lakin Ermənistan tərəfinin bu qədər tez təslim olacağını gözləmirdim”, – deyə ekspert bildirib.
Gununsesi.info