Ölkədə internetin sürəti niyə zəifləyib? -Açıqlama

Son zamanlar “Baktelecom”, “Aztelecom” istifadəçiləri internet təchizatında yaranan ciddi problemlərdən narazılıq edirlər.

Paytaxt Bakı daxil olmaqla bütün bölgələrdə internet təminatında oxşar problemlər yaşanır.

İstifadəçilərin ciddi narazılıqları ilə bağlı sosial şəbəkələrdə tez-tez rastlaşırıq. Öz narazılıqlarını bildirənlər arasında hətta tanınmışlar da var.

İstifadəçilər zəif “Wi-Fi” bağlantısından, internet keyfiyyətinin və sürətinin aşağı olmasından, eləcə də qırılmalardan şikayətçidir.

Gununsesi.info məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Aztelekom MMC-yə sorğu ünvanlayıb.

Qurumun Kommersiya departamenti, İctimaiyyətlə əlaqələr üzrə təmsilçisi Alidə Mustafayeva Gununsesi.info-nun sorğusunu cavab verməkdən imtina edib. O, bildirib ki, bu barədə hər hansı bir məlumata malik deyil.

“Ona görə də nəsə deyə bilmərəm” deyə Alidə Mustafayeva bildirib.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info