Olimpiyaçılarımız Estoniyada qalib oldular

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət futbol komandası Estoniyanın Vilyandi şəhərində keçirilən beynəlxalq futbol turnirinin qalibi olub.

Gununsesi.info xəbər verir ki, turnirin ikinci günündə qrup oyunlarında Belçikanı 4:0 və Macarıstanı 3:1 hesabı ilə məğlub edən komandamız divizionda birinci yerə çıxıb və finala vəsiqə qazanıb.

Final mərhələsində Litva yığması ilə qarşılaşan xüsusi olimpiyaçılarımız 3:0 hesablı qələbə qazanaraq çempion adına layiq görülüblər.

Gununsesi.info