Oleksandr Tkaçenko vəfat etdi

  • By ilhame
  • 05 Yanvar 2024 20:09

Ukrayna Ali Radasının sabiq sədri Oleksandr Tkaçenko vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə aparıcı Mikola Kanişevski feysbuk hesabında paylaşım edib.

Qeyd edək ki, Tkaçenko 1994-cü ildən 1998-ci ilədək ölkə parlamentinin sədri müavini, 1998-ci ildən 2000-ci ilədək isə eyni qurumun sədri olub. O, 1994-cü ildən 2005-ci ilədək prezident olmuş Leonid Kuçmaya müxalif olub. O, əvvəlcə Kəndli Partiyasını, 2002-ci ildən isə Kommunist Partiyasını təmsil edib.

Son 10 ildə siyasətçi xəstə idi və əlil arabası vasitəsilə hərəkət edirdi. Yaşasaydı, martda 85 yaşı tamam olacaqdı.

Gununsesi.info