Oğuzda avtomobil aşıb, xəsarət alanlar var

  • By ilhame
  • 09 Dekabr 2023 19:03

Oğuzda avtomobil aşıb.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə bu gün axşam saatlarında Oğuz-Kərimli-Yevlax avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan  minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan iki nəfər,  Əhmədov Sadiq İsmayıl oğlu və Əhmədov Ruslan Qənimət oğlu müxtəlif dərəcəli bədən  xəsarətlər alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Mübariz Muradov

Gununsesi.info