
Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməldaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Report-a DİN-in Mətbuat xidmətinin inspektoru polis mayoru Anar Qafarov məlumat verib.
Məlumata görə, körpəni oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.
Araşdırmalar davam etdirilir.
Gununsesi.info