
Nigeriyanın Kaduna ştatında silahlı şəxslər daha 100 adamı oğurlayıblar.
Gununsesi.info xəbər verir ki, faktı rəsmi şəxslər və BMT-nin Nigeriyadakı nümayəndələri təsdiqləyiblər. Oğurlanan şəxslər 2 qonşu kəndin sakinləridir.
Qeyd edək ki, Kaduna ştatında martın əvvəlində iki yüzdən çox adam oğurlanıb. Onların taleyi hələ də naməlumdur.
Gununsesi.info