Nepalın keçmiş baş nazirinin həyat yoldaşı sağ tapılıb

Nepalın keçmiş baş naziri Jala Nath Khanalın həyat yoldaşı Rajya Lakshmi Chitrakar sağdır və xəstəxanadadır.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Khabarhub” məlumat yayıb.

Portalın məlumatına görə, qadın Kirtipur Yanıq Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır. Tibb müəssisəsinin direktoru Kiran Nakarminin sözlərinə görə, onun vəziyyəti kritik qiymətləndirilir.

Məlum olub ki, onun evi etirazçılar tərəfindən yandırıldıqdan bir müddət sonra qadın xilas edilərək ağır vəziyyətdə yanıq xəstəxanasına aparılıb.

Daha əvvəl mətbuatda Rajya Lakshmi Chitrakarın aldığı yanıqlar səbəbindən sağ qalmadığı barədə məlumat yayılmışdı. Etirazçılar onu içəri bağlayıb və evi yandırıblar.

 

Şəbnəm

Gununsesi.info