“Neftçi” komandasının yanvarın 11-dən 25-dək Türkiyədə təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha biri müəyyənləşib.
Gununsesi.org-un məlumatına görə, paytaxt təmsilçisi yanvarın 20-də Belekdəki “Gloria Sports Arena”da Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, qonşu ölkədəki hazırlıq prosesində 3 yoxlama görüşü keçirməyi planlaşdıran “Neftçi”nin yanvarın 15-dəki rəqibi Polşanın “LKS Lodz” klubu olacaq. Yanvarın 24-ü baş tutacaq sonuncu sınaq matçındakı rəqibi hələ ki, bəlli deyil.
Gununsesi.org
COMMENTS