İran Türkiyədə israillilərə qarşı terror hazırlayır? - İSRAİL VƏTƏNDAŞLARINA ÇAĞRIŞ ETDİ

İsrail hazırda Türkiyədə olan vətəndaşlarına çağırış edib. Bu ölkənin Xarici İşlər Nazirliyi öz vətəndaşlarına İstanbuldan uzaq durmalarını, iyunun 13-də şəhəri tərk edib, ölkələrinə qayıtmalarını istəyib.

Eyni zamanda, İran İslam Respublikasına xəbərdarlıq göndərərək, vətəndaşlarına zərər verməməyi söyləyib. Mayın 30-dan etibarən İsrail Türkiyəyə səyahət edən vətəndaşlarına tövsiyələrini kəskinləşdirib. Bildirib ki, İran Türkiyədə istirahət edən israilliləri öldürmək və ya qaçırmaq cəhdləri ilə təhdid edib.

İsrailin xarici işlər naziri Yair Lapid deyib ki, ölkəsinin təhlükəsizlik qüvvələrinin böyük səyi nəticəsində son həftələr vətəndaşlarının həyatları xilas edilib. Nazir bu istiqamətdəki töhfəsinə görə Türkiyə hökumətinə təşəkkür edib.

“Biz israilliləri İstanbula uçmamağa çağırırıq. Əgər hər hansı həyati səbəbiniz yoxdursa, Türkiyəyə getməyin. Əgər artıq İstanbuldasınızsa, mümkün qədər tez İsrailə qayıdın”, – Lapid bildirib.

Günay
Gununsesi.info