Nazir müavinindən Türkiyədəki azərbaycanlı jurnalistlərə XƏBƏRDARLIQ

  • By admin
  • 31 İyul 2021 21:52

“Mənə indicə məlumat verildi ki, bizim azərbaycanlı jurnalistlər yanğın yerində bizim əməkdaşlarla birlikdə reportajlar hazırlayırlar”.

 

Gununsesi.info  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

 

“Buradan gedən və orada olan jurnalistlərimizdən xahiş edirik ki, yanğının və tüstünün gur olan yerlərinə doğru hərəkət etməsinlər. Bu, onların həyatı üçün çox təhlükəlidir” – deyə nazir müavini bildirib.

Gununsesi.info