Nazim Bəydəmirlinin apellyasiya şikayətinin vaxtı bəlli oldu

“Bandotdel” tərəfindən həbs edilən sabiq deputat Nazim Bəydəmirlinin apellyasiya şikayətinin vaxtı bəlli olub.

Bu barədə Gununsesi.info-ya danışan vəkil Aqil Layic deyib ki, apellyasiya şikayətinə 10 iyul Saat 14:00-da baxılacaq.

HTML tutorial

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsi sabiq deputat barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Nazim Bəydəmirli hədə-qorxu ilə tələb etmədə ittiham olunsa da həbsini Söyüdlü sakinlərinin etirazını müdafiə etməsi ilə əlaqləndirir.

 

Şəbnəm

Gununsesi.info