
Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən AZAL-ın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.
Gununsesi.info xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, təyyarə saat 21:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
Qeyd olunub ki, hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.
Qeyd edək ki, bu gün Naxçıvanı bürüyən güclü duman AZAL-ın bu istiqamətdə həyata keçirdiyi reyslərinin gecikməsinə səbəb olub.
Gununsesi.info