NATO-dan Azərbaycan və Ermənistana dəstək

NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını qətiyyətlə dəstəkləyir.

 

Gununsesi.info xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Xavier Kolomina “X” hesabında yazıb.

 

“Mən saxlanılanların qarşılıqlı azadlığa buraxılması, digər etimad tədbirlərinin görülməsi və çoxdan gözlənilən sülh sazişinin əldə edilməsinə dair aydın öhdəliyi elan edən Ermənistan və Azərbaycan arasındakı birgə açıqlamanı alqışlayıram. NATO bu səyləri və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını qətiyyətlə dəstəkləyir”, – Kolomina qeyd edib.

 

Gununsesi.info