Narkoloji Mərkəzə müracət edənlərin sayında artım var

Bu gün Respublika Narkoloji Mərkəzində qeydiyyatda olan narkotik maddə istifadəçilərinin sayı 33 min 788-dir.

Bu sözləri Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov Mərkəzin fəaliyyəti barədə müsahibəsində deyib.

O bildirib ki, Mərkəzdə ötən illə müqaisədə müraciətlərin sayında artım müşahidə olunur:

“Respublika Narkoloji Mərkəzdə qeydiyyatda olan 33 min 788 narkotik maddə istifadəçisindən 618-i qadındır. Müalicə alanlardan doqquzu 15-17 yaş qrupuna, 12 min 969 nəfəri isə 18-34 yaş qrupuna aiddir.

Ötən il bu rəqəm 32 min 921 olub. Amma bu artımı Respublikada narkotik maddə istifadəçilərin sayının artması kimi qəbul etmək də düzgün olmaz. Düşünürəm ki, bu Narkoloji Mərkəzə müraciətlərin sayında olan dəyişiklikdir. Yəni biz bunu mərkəzdə aparılan müalicəyə olan inamın artması kimi dəyərləndiririk”.

Gununsesi.info