Muxtar Babayev karbon emissiyası ilə bağlı hədəfləri açıqlayıb

  • By ilhame
  • 15 Aprel 2024 12:03

Azərbaycan metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulub. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib”.

 

Gununsesi.info-nun məlumatına görə, bunu COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev keçirilən mətbuat konfransında deyib.

 

M.Babayev xatırladıb ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Gununsesi.info