COP29-a görə Azərbaycana gələcək qonaqların necə yerləşdiriləcəyi açıqlanıb

  • By ilhame
  • 15 Aprel 2024 12:09

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycana gələn qonaqların yerləşdirilməsi vahid beynəlxalq platforma əsasında təqdim ediləcək.

 

Gununsesi.info xəbər verir ki, bunu COP29-un Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı direktoru Nərmin Carçalova COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, bu praktika COP-la bağlı əvvəlki illərin təcrübəsidir:

 

“Düşünürəm ki, qonaqlar tədbirlə bağlı planlarını rahat şəkildə qura biləcəklər.

 

N.Carçalova həmçinin qeyd edib ki, COP29-la bağlı yeni vebsayt da istifadəyə veriləcək.

Gununsesi.info