“Münaqişəni həll etməyənlərin atəşkəs çağırışları səmimi və inandırıcı deyil” - HULUSİ AKAR

  • By admin
  • 02 Oktyabr 2020 14:16

“Azərbaycanın illərdir Qarabağ üzərindəki haqq işinə bir həll təklif etməyənlərin, Azərbaycanın öz hüquqlarını qorumağa başlaması ilə atəşkəs çağırışları etməsi səmimi olmadığı kimi inandırıcı da deyil”. 

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə Naziri Hulusi Akar Kayseridə “ASPILSAN Energy AŞ” Batareya İstehsal Müəssisəsinin təməlatma mərasimində çıxışında deyib.

Hulusi Akar bildirib ki, Azərbaycan Silahlı Qüvvələri qələbəni təkbaşına əldə etmək qabiliyyətinə və bacarığına, işğal altındakı ərazilərini xilas etmək əzminə və qətiyyətinə sahib olduğunu bütün dünyaya nümayiş etdirib.

“30 ildir dialoq, siyasi həll deyənlər nə etdi? Əcdadlarımız 7 iqlimdə və 3 qitədə sülh, sabitlik və ədalət uğrunda mübarizə aparıblar və həmişə haqlıların və məzlumların yanında olublar. Biz hər zaman Azərbaycan türkləri ilə bir olmuşuq. Bundan sonra da “iki dövlət, bir millət” anlayışı ilə öz torpaqlarını bərpa etmək uğrunda mübarizədə azərbaycanlı qardaşlarımızın haqq işində yanında olmağa davam edəcəyik. Allahdan şəhid olmuş bütün qardaşlarımıza rəhmət, yaralılara təcili şəfa, Azərbaycan xalqına başsağlığı diləyirəm”,- deyə Akar qeyd edib.

 

 

Gununsesi.info