
Odlar Yurdu Universitetində Əzizə Farizin “Sevən qəlbin fəryadı” adlı kitabının təqdimadı baş tutub.
Gununsesi.info-nun xəbərinə görə, adıçəkilən universitetin tələbəsi olan müəllif həm də İkinci Qarabağ savaşında şəhid olmuş Silahlı Qüvvələrinin çavuşu Həsənov Fariz Şahin oğlunun həyat yoldaşıdır.
Romana “Sevən qəlbin fəryadı” adını verən Əzizə xanım bununla həyat yoldaşı, şəhid Fariz Həsənovun xatirəsini yenidən əbədiləşdirib.
Kitabın təqdimat mərasimində çıxış edən Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev tələbəsinin əsəri haqqında danışıb.
Rektor daha sonra şəhid ailələrinə hər kəsin diqqət və qayğı göstərməyə borclu olduğunu və bunun vacibliyini qeyd edib.
Milli Məclisin deputatı, Odlar Yurdu Universitetinin kafedra müdiri akademik Nizami Cəfərov isə şəhid xanımının yazdığı romanın təsirli olduğunu deyib.
Şəhid xanımının mətinliyinə toxunan deputat bunu gələcək nəsillər örnək adlandırıb. O, deyib ki, yazar olan Şəhid xanımının bu fəaliyyəti gələcək nəsilə gözəl bir ailə nümunəsidir.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov çıxış edərək, kitab haqqında yüksək fikirlərini səsləndirib.
Onun sözlərinə görə, 44 günlük müharibədə canından keçən Şəhidlərimizin unudulmaması üçün belə kitabların yazılması və təbliğ olunması vacibdir.
Müəllif Əzizə Həsənova çıxış edərək, ilk kitabı olan “Sevən qəlbin fəryadı” romanı haqqında ətraflı danışdı. Bildirib ki, bu əsəri yazmaqla şəhid həyat yoldaşının borcundan qismən də olsa çıxır və buna görə qürurlanır.
Günay
Gununsesi.info