
1-ci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənov vəzifəsindən azad edilib.
Bu barədə Virtualaz.org-a Müdafiə Nazirliyindəki rəsmi mənbələrdən bildirilib.
Anews.az xəbəri dəqiqləşdirmək üçün Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin sözçüsü Anar Eyvazov bilidirib ki, nazirlik bu xəbəri təsdiq etməyib. Hazırda göndərilən sorğular araşdırılır. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Hikmət Həsənov sosial şəbəkədə və mediada ən çox tənqid olunan şəxslərdən biridir. Buna səbəb onun “Tərtər işi”ndə işgəncələrə rəhbərlik etməsi barədə iddialardır.
Gununsesi.info