Mübariz Mənsimov İstanbulun mərkəzində şəhidlərimizin adına park saldırır - BƏLƏDİYYƏ İLƏ ANLAŞDI

  • By admin
  • 10 Noyabr 2022 13:06

İstanbulun mərkəzində Qarabağ Şəhidlərinin adını daşıyan park salınacaq.

Bu barədə Gununsesi.info-ya “Palmali Holding”in mətbuat katibi Fidan Quliyeva bildirib.

Onun sözlərinə görə, şirkətin qurucusu, azərbaycanlı iş adamı Mübariz Mənsimov Beşiktaş Bələdiyyəsinin rəhbərliyi ilə bununla bağlı danışıqlar aparıb və razılıq əldə edilib:

“Hal-hazırda layihəni həyata keçirmək üçün Beşiktaşda uyğun yer axtarılır. Xatırladaq ki, bundan əvvəl İstanbulda Heyder Əliyev adına və Azərbaycan-Türkiyə qardaşlıq parkları məhz Mübariz Mənsimov tərəfindən salınıb”.

Qeyd edək ki,  Beşiktaş İstanbul şəhərinin ən dəyərli, prestijli, strateji və ən mərkəzi bölgəsi sayılır.

 

Günay

Gununsesi.info