“Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı” - LAVROV

  • By admin
  • 19 Oktyabr 2020 16:17

“Avropa Şurası Baş katibliyindən olan həmkarlarımızı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət və Rusiyanın gördüyü tədbirlər barədə məlumatlandırdıq”.

Gununsesi.info-nun verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Lavrovun sözlərinə görə, indi başlıca məsələ tərəflər və cavabdeh beynəlxalq oyunçular tərəfindən ziddiyyətli ritorikanın dayandırılmasıdır: “Növbəti vacib addım isə hərbi əməliyyatların və mülki obyektlərə zərbələrin dayandırılmasıdır. Bütün bunlar həmsədr ölkələrin dövlət başçılarının birgə bəyanatında, Moskvada Xarici İşlər nazirlərinin razılaşdırdığı sənəddə və oktyabrın 18-də razılaşdırılan sənəddə təsdiqini tapıb. Moskvadakı görüşdən sonra bizim ümidlərimiz doğrulmadı”. 

Lavrov atəşkəsin işləməsi üçün ona nəzarət mexanizmlərinin vacibliyindən danışıb: “Bizim Müdafiə Nazirliyimiz bunun üzərində Azərbaycan və Ermənistandan olan həmkarları ilə aktiv işləyir. Ümid edirik ki, ən yaxın vaxtlarda bu cür mexanizm razılaşdırılacaq”. 

 

 

Gununsesi.info